USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMCHAM post-müharibə dövründə Azərbaycana dəstək verəcək

16.12.2020 İqtisadiyyat
0 0
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) post-müharibə dövrü üçün Azərbaycan Hökumətinə tam dəstək verəcəyini bəyan edib

"Kommersant.az" xəbər verir ki, 260 üzvü birləşdirən Azərbaycanın ən böyük biznes assosiasiyası olaraq AMCHAM bununla bağlı bəyanat verib

Bildirlir ki, AMCHAM hökumətin işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəmizi verməyə hazırdır. Ölkəmizin bu ən vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində Hökümət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcəyik.

AmCham Azərbaycan, həmçinin, Prezident İlham Əliyev tərəfindən "YAŞAT" Fondunun yaradılmasını alqışlayır və ona hər cür yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirir.

Palata, həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edir və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırır.

  • Əvvəlki

    Ərdoğandan ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiqinə - MÜNASİBƏT

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0
07.05.2024 İqtisadiyyat
Polşada "Avro"nun qiymətləndirilməsi
0 0