USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Rusiyaya yeni sanksiyalar

19.12.2020 İqtisadiyyat
0 0
ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri "Kosmos Komplekt”, "Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

"Kommersant.az" "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

Məhdudiyyətlər "milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən" və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur. (modern.az)