USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-Rusiya sərhədi bu tarixədək bağlı olacaq - Səfirlik

19.12.2020 İqtisadiyyat
0 0
Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir.

  • Əvvəlki

    Azərbaycan və Pakistan XİN arasında siyasi məsləhətləşmə aparıldı

Digər xəbərlər