USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanın itkilərinin sayı artır: Yenə əsgər meyitləri tapıldı

21.12.2020 İqtisadiyyat
0 0
Horadizdə, Cəbrayılda və digər yerlərdə axtarışlar aparan xilasetmə qrupları Qarabağ müharibəsində həlak olmuş daha 22 erməni əsgərinin meyitini aşkarlayıb.

"Report" "News.am"a istinadən xəbər verir ki, axtarış işləri noyabrın 13-dən aparılır. Azərbaycan ərazilərindən indiyədək ümumilikdə 1 020 erməni əsgərinin meyiti çıxarılıb. Axtarış işləri davam edir.

Məlumata görə, növbəti axtarışlar Şuşanın dağ-meşəlik ərazilərində, həmçinin Hadrut və Cəbrayılda aparılacaq. Axtarış işlərində itkin düşən erməni əsgərlərinin valideynləri də iştirak edir. Qeyd edilir ki, Rusya sülməramlıları axtarışların aparılması üçün danışıqlar aparmağa yardım göstərirlər.

Daha əvvəl Ermənistanın "Politik.am" saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. "Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt vurğulayıb.

Hökumətdəki mənbələr isə sayta bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.

Horadizdə, Cəbrayılda daha 22 erməni əsgərinin meyitini aşkarlanması Ermənistan ordusunun Qarabağ müharibəsindəki itkilərinin sayının artdığını göstərir.

  • Əvvəlki

    Maliyyə üzrə koordinator - VAKANSIYA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0