USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Havanın dəyişəcəyi ilə bağlı - XƏBƏRDARLIQ

21.12.2020 İqtisadiyyat
0 0
Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

"Kommersant.az" xəbər verir ki, dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Dekabrın 24-ü gündüzdən 25-i səhərədək şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4 dərəcəyədək aşağı enəcək.

Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

  • Əvvəlki

    Cavid Qurbanov sərt tənqid edildi - “Bu qədər pul haradandır?”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0