USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sakinlərin işğaldan azad edilən ərazilərə köçürüləcəyi tarix açıqlandı

21.12.2020 İqtisadiyyat
0 0
“Güman edirəm ki, ən azından, gələn ilin yayında bir qisim insanın Şuşaya köçürülməsi baş verəcək”.

Bunu "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

"Generatorlar vasitəsilə bütün şəhər işıqlanıdırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağıdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər".

Report