USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Cərimələr dəfələrlə artırılmalıdır"

22.06.2018 İqtisadiyyat
0 0
"Abşeron yarımadası yarım səhra zonasında yerləşir. Bakıda yaşıllıqların salınması şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yaşıllıqları dəyərsiz hesab edən, öz şəxsi maraqları üstün tutan sahibkarlar tərəfindən ağaclar kəsilir:

"Hələ də ağacların tək-tək, yaxud da kütləvi şəkildə kəsilməsi hallarına rast gəlinir. Yaşıllıqların məhv edilməsinə görə tətbiq olunan cərimələrin miqdarı kifayət qədər deyil. Sahibkarlar əməllərindən çəkinmirlər. Cərimələrin yüksəldilməsinə ehtiyac var. Qanunvericilikdə yaşıllıqların məhv edilməsinə görə cərimələrin dəfələrlə artırılması ilə bağlı Nazirlik tərəfindən hökumətə təkliflər hazırlanır".

DAHA ÇOX BAKIDA RAST GƏLİNİR

"Ağacların qanunsuz kəsilməsi, qurudulması hallarına daha çox paytaxt Bakıda rast gəlinir. Ağaclar daha çox fiziki şəxslər tərəfindən kəsilir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

İ. İbrahimova qeyd edib ki, son 2-3 ay ərzində Bakının Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu və Yasamal rayonlarında ağacların qanunsuz kəsilməsi faktı ilə nazirliyə daha çox şikayət daxil olub: "Bölgələrdən isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı və Qubadan daha çox şikayətlər olub. Qanunsuz ağac kəsilməsi ilə bağlı ən az şikayət daxil olan rayonlar Xəzər və Qaradağdır".

APA

  • Əvvəlki

    OPEC+ Monitorinq Komitəsinin görüşü Azərbaycanda keçiriləcək

Digər xəbərlər