USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağda gözlərini itirmiş qəhrəman qazimizə hörmətsizlik – Şikayət - FOTO

06.01.2021 İqtisadiyyat
0 0
44 günlük müharibədə gözlərini itirmiş gizir qazi, Kürdəmir rayonu Qarasaqqal kənd sakini Nuriyev Rəhman Təvəkkül oğlunun yaxınları Müdafiə Nazirliyinin Respublika Hərbi Hospitalının hərbi tibbi komissiyasının "fəaliyyətindən” şikayətçi olduqlarını bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan qazinin yaxınları, müharibədə qəhrəmanlıq göstərərək iki gözünü itirən qaziyə olunan hörmətsilikdən narazı olduqlarını deyiblər.

Yaxınlarının dediklərinə görə, iki dəfə Ağdam istiqamətində yaralansa da, Bərdə hospitalında qəlpələr çıxarılan kimi həkimlərin təkidinə baxmayaraq, "mən döyüş yoldaşlarımı orda qoyub hospitalda yata bilmərəm", - deyib döyüşlərə davam edən əsgər Nuriyev Rəhman 17-18 oktyabr tarixlərində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, ağır yaralanaraq hər iki gözlərini itirib. Koma vəziyyətində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Nuriev Rəhman iki aydan artıq orda müalicə alıb.

Bu gün onların çağırışı əsasında Respublika Hərbi Hospitalına göndərilən qazi, oradan da heç bir sənədsiz, müşaiyyətsiz və köməksiz vəziyyətdə doğulduğu Kürdəmir rayonu Qarasaqqal kəndinə təsadüfi yol maşını ilə yola salınıb.

Şikayətçi bildirib ki, hətta qazinin Bakıda olan yaxınlarına da bu haqda heç bir məlumat verilməyib ki, onlar Rəhmanı özləri evə aparsınlar.

  • Əvvəlki

    Bu ölkə peyvənd tətbiqində səhvə yol verdiklərini açıqladı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0