Türkiyədə benzinin qiyməti artırıldı

07.01.2021 İqtisadiyyat
Türkiyədə bu gecədən etibarən benzinin 1 litrində 11 kuruş (4,8 qəpik) artım olacaq.

"Kommersant.az"ın xəbərinə görə, Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyi bu barədə məlumat yayıb.

Qurumdan bildirilib ki, 11 kuruşun 4 kuruşu Xüsusi İstehlak Vergisi tərəfindən qarşılanacaq.

Son qiymət artımı ilə bərabər, İstanbulda benzin 7.24 lirəyə, İzmirdə 7.30, Ankarada isə 7.29 lirədən hesablanacaq.