USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni quş növü aşkarlandı

07.01.2021 İqtisadiyyat
0 0
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla”-red) aşkar edib.

AMEA-nın Naxçıvan Bölməsindən verilən məlumata görə, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Azərbaycan faunasının yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur.

O, ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.

Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar.

Naxçıvan Muxtar Respublikası şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.

  • Əvvəlki

    Karantin bağlı mühüm açıqlama: Yanvarın 18-dən sonra...

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0