USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp vəzifəsindən uzaqlaşdırılır

08.01.2021 İqtisadiyyat
0 0
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Demokratlar Partiyasını təmsil edən Nensi Pelosi Senatda azlıqların lideri, partiya yoldaşı Çak Şumerin ardınca hazırkı prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə çıxış edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə TASS yazıb.

"25-ci düzəlişdən dərhal istifadə edərək bu prezidenti hakimiyyətdən kənarlaşdırması üçün Demokratların Senatdakı liderinin vitse-prezidentə ünvanladığı çağırışına qoşuluram. Əgər vitse-prezident və kabinet bir tədbir görməzsə, Konqres impiçmentə doğru addım atmağa hazır ola bilər. Bu, mənim fraksiyamın rəyidir", - deyə Pelosi vurğulayıb.

Onun fikrinə görə, seçki nəticələrinə etiraz edənlərin Konqres binasına hücumları "ABŞ prezidenti tərəfindən təhrik edilən bir hərəkətdir".