USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyanın Moskva səfərinə etiraz: Aeroport yolunu bağladılar - VİDEO

11.01.2021 İqtisadiyyat
0 0
Bu gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın Moskvaya səfərinin əlehinə etiraz aksiyası keçirir.

"Kommersant.az" xəbər verir ki, onlar Paşinyanın Rusiya paytaxtına getməsinin qarşısını almaq üçün Zvartnots beynəlxalq hava limanına aparan yolu bağlayıblar.

Aktivistlər "Nikol xaindir" şüarını səsləndirirlər.

Ermənistan parlamenti sədrinin keçmiş müavini Arsen Babayan baş nazirin Moskvaya uçmasına icazə verməyəcəklərini bildirib.

"Paşinyan iki-üç saatdan sonra erməni torpaqlarını, Sünik bölgəsini satmaq niyyətindədir",- deyə aktivistlərdən biri vurğulayıb.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hökumət başçısının kortejinin yolun bağlanmasından bir neçə dəqiqə əvvəl keçdiyi bildirilir.

  • Əvvəlki

    Dünyanın ən təhlükəsiz hava yolları şirkəti - SİYAHI

Digər xəbərlər