Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün Vyanada (Avstriya) keçirilən 174-cü iclasında gündəlik neft hasilatının həcminin 1 milyon barel artırılmasına qərar verdiyi bildirilir.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
OPEC üzvü və OPEC üzvü olmayan istehsalçıların bir araya gələcəyi günortadan sonrakı digər iclasda, 2016-nın Noyabr ayında razılaşdırılmış və 173-üncü iclasda daha 9 ay uzadılan neft istehsalının azaldılması müqaviləsi müzakirə olunacaq.
OPEC-in 2016-nın may ayında həyata keçirdiyi toplantıda, OPEC-in illik neft istehsalını gündəlik 1,2 milyon barrel, Rusiyanın da aralarında olduğu OPEC üzvü olmayan ölkələrin də hasilatlarını 600 min barel azaltması barədə razılığa gəlmişdilər (Cəmi gündəlik 1,8 milyon barel).