“Sberbank” və “Alfabank” müştərilərinə “Kraken” və “Bitstamp” kimi kriptovalyutaları portfel kimi təqdim etməyə çalışır.
"Kommersant" xəbər verir ki, bunun üçün banklar artıq "IB Group", "AddCapital" kimi nəhəng investisiya fondlarına müraciət ediblər. "AddCapital" layihədə texniki problemlər üçün məsuliyyət daşıyacaq. Portfelə ən məşhur 6 kriptovalyuta daxil ediləcək. Zamanla sikkələr yenidən nəzərdən keçiriləcək və onların nisbəti ticarət alqoritmindən istifadə edilərək balanslaşdırılacaq.
Qeyd edək ki, "Alfbank" Rusiyanın ən böyük özəl bankı, "Sberbank" isə dövlət bankıdır. Bu layihənin həyata keçirilməsi 45 gün çəkəcək.