USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu istiqamətdə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

19.01.2021 İqtisadiyyat
0 0
Bu istiqamətdə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) daxil olan məlumata görə 20 yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

  • Əvvəlki

    Tailand turizm vergisi tətbiq edəcək

Digər xəbərlər