USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

STP-da yeni Baş icraçı direktor təyin olundu - FOTO

22.01.2021 İqtisadiyyat
0 0
Azərbaycanın aparıcı sənaye müəssisəsi - "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə (STP) yeni Baş İcraçı Direktor təyin olunub.

Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatada deyilir ki, nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir.

R.Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə "Lafarge-Holcim" şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Yeni Baş İcraçı Direktor Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb, çalışdığı müddətdə "London Business School", "İMD", "İNSEAD" və "Ivey Business School" kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçib.

  • Əvvəlki

    Diqqət: Bu şəxslər 2 min manat cərimələnəcək

Digər xəbərlər