USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Jurnalist: “Azərişıq” bizi barmağına dolayır” - ASC məsələyə münasibət bildirdi

30.01.2021 İqtisadiyyat
0 0
"Vətəndaşın əsəbləri ilə oynayan “Azərişıq” ən çox şikayət olunan qurumdur. 2018-ci ildən Ramanada olan bağçamıza elektrik enerjisi çəkilişinə nail ola bilmirik. Həmkarlarımın çoxunun “işıqlı adam” kimi mədh etdiyi (o yaltaqlığın cəzasını biz çəkirik) “Azərişıq” ASC-nin məsul şəxsi Tanrıverdi Mustafayevə dəfələrlə zəng, mesaj yazıb səbəbləri araşdırmağını istəmişəm. Müəllim “ok.arasdırıram” cümləsindən başqa bir səbəb gətirməyib, laqeydlik davam edib".

"Kommersant.az"ın xəbərinə görə, bunu jurnalist Raminə Eyvazqızı bildirib.

"Müəllimdən pulsuz xidmət, havayı elektrik istəməmişəm onu "qoruyan" və tənqid yazılarını saytlardan çıxardan bəzi həmkarlarım kimi! Bu vaxta qədər "Azərişığ"ın min hoqqabazlığını gördük, pulgir, araduzəldən işçiləri də ki, başqa aləm. Nəhayət, yaşlı atam uzun süründürməçilikdən sonra ətrafda faktiki yaşayış yeri olduğu, qəsəbədə elektrik enerjisi olduğu halda "Azərişıq" bizə 431 manatlıq smeta dəyəri olan elektrik verəcəkdi. Pulu ödəmişik, amma… "Azərişıq" yenə çoxu kimi bizi barmağına dolamaqda davam edir. Tanrıverdi Mustafayevə son dəfə yazdım, bəlkə dedim, bu özbaşınalığın səbəbini bizə izah edər. Yenə də "ok. araşdırım" cavabı. Bu postdan sonra "Azərişıq" ASC-nin cavabı olar, yəqin. Günümüzə bax da" - R.Eyvazqızı bildirib.

"Azərişıq" ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-a açıqlamasında deyib ki, məsələ araşdırılıb: "Yəqin ki, bazar ertəsi həllini tapacaq. Bu, 24 iş günündə icra olunur, amma tezliklə elektrik enerjisi ilə təmin olunacaq. Ümumiyyətlə, daxil olan məlumatlar araşdırılır, bu, abonentlərin istəklərinə uyğun həllini tapır və heç bir isteh

  • Əvvəlki

    Bu gündən daha bir qadağa qüvvəyə mindi

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0