USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın un və çörək istehsalı sənayesi böyüyüb - rəqəmlər

02.02.2021 İqtisadiyyat
0 0
2020-ci ildə Azərbaycanda un istehsalının həcmi 49.41 min ton həcmdə artıb. Bu da 2.77% illik artım dinamikasıdır.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 milyon 831.08 min ton buğda və ya çovdarla qarışıq buğda unu istehsal edilib. Bu 2019-cu il üzrə 1 milyon 781.67 min ton təşkil edirdi.

2020-ci ildə istehsal edilən unun 1 milyon 369.25 min tonu əmtəəlik olmuş, bunun da 1 milyon 370.72 min tonu satış üçün göndərilmişdir.

ÇÖRƏK İSTEHSALI DA ARTIB

2020-ci il ərzində Azərbaycanda 1 milyon 294.32 min ton həcmində adi – tərkibində sirop, yumurta, pendir və ya meyvələr olmayan təzə çörək istehsal edilib. Bu öncəki illə müqayisədə 37.92 min ton (3%) çoxdur.

İstehsal edilmiş çörəyin 845.51 min tonu əmtəəlik olub.

2019-cu il üzrə isə adi çörək istehsalı 1 milyon 256.40 min ton idi.

  • Əvvəlki

    Gələn həftədən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ikinci mərhələsi başlayacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0