USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosu fəaliyyətini bərpa edə bilər - ŞAD XƏBƏR

04.02.2021 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi. Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edir.

Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək:

"Ümumilikdə metro fəaliyyətini bərpa etmək üçün tam hazırdır. Nə vaxt qərar veriləcəksə, o zaman da metroda sərnişin daşınması bərpa olunacaq".

Modern.az

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0