USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı...”

08.02.2021 İqtisadiyyat
0 0
"2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb. Bu əvvəlki illə müqayisədə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir. Bu məbləği əslində icraçılar- "Azərsu" ASC, "Azərenerji" ASC, "AZAL", "Azərbaycan dəmir yolları" QSC, "Meliorasiya və su təsərrüfatı" ASC, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi və başqaları qaytarmalı idi. Amma onların əvəzindən büdcə - yəni biz, siz, vergi ödəyiciləri ödəyir. Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı".

"Kommersant.az"ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlunun sözlərinə görə, hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır: "Dövlət məmurlarının villaya, qızıla, brillianta, ailə biznesinə və səyahətlərinə xərclərdiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları yalnız biz deyil, gələcəkdə övladlarımız da onların əvəzindən qaytaracaq".

  • Əvvəlki

    Bakıda yol bağlandı

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
UBS-dən rekord səviyyədə hesabat
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0