USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şirkətlərin məhsullarının Azərbaycana gətiriləsi qadağan edildi

09.02.2021 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Fransa Respublikasının Qrand Est inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniya Federativ Respublikasının Reynland-Pfalts və Belçika Krallığının Lüksemburq inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts və Belçika Krallığının Lüksemburq inzibati ərazi vahidlərindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Fransa Respublikasının Qrand Est inzibati ərazi vahidindən isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Almaniya Federativ Respublikasından və Fransa Respublikasından gələn, yaxud həmin ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Əvvəlki

    Ərdoğanla Merkel videokonfrans formatında görüşdü

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0