USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əziz Əzizovun kürəkəni işdən çıxarıldı

10.02.2021 İqtisadiyyat
0 0
Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxardmadığına görə tutdugu vəzifədən azad edilib.

Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı Rayon İcra başçısı Əziz Əzizovdur. O, Yasamal RPİ-nin əməkdaşı olub,. Qafqazinfo

Qeyd: O, Yasamal hadisəsi zamanı "Paltar geyinməsin, elə bu vəziyyətdə apar" ifadəsi ilə gündəmə gəlmişdi.

  • Əvvəlki

    Azərbaycan əczaçılıq məhsullarının istehsalını 10 dəfədən çox azaldıb

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0