USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bütün kassa aparatları yeni nəsil kassalarla əvəz ediləcək

12.02.2021 İqtisadiyyat
0 0
2022-ci ilin sonunadək Azərbaycanda olan bütün kassa aparatlarının yeni nəsil kassalarla əvəz ediləcəyi nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə pərakəndə və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb: "Bunların tətbiqi kassa dövriyyələrinin şəffaflaşmasına səbəb olub, icra olunan "ƏDVgerial" layihəsi isə nağdsız ödənişlərə marağın artmasına gətirib çıxarıb. Ötən il ərzində "ƏDVgerial" çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb. Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydə alınıb".

O. Nəzərli əlavə edib ki, 2020-ci ilin I rübündə marketlərdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 62 min manat təşkil edirdisə, II rübdə bu göstərici 92 mln. manat, III rübdə 200 mln. manat olub, IV rübdə isə 220 mln. manatı üstələyib.

  • Əvvəlki

    “Azərişıq”dan əlavə ödənişlərlə bağlı açıqlama

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
UBS-dən rekord səviyyədə hesabat
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0