USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər

22.02.2021 İqtisadiyyat
0 0
“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”.

"Kommersant.az"ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Real TV"yə müsahibəsində deyib.

"Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və "Media haqqında" yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik",- o bildirib.

  • Əvvəlki

    Milli Məclis deputatların vaksinasiyasını təşkil edir

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0