USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi YTP-da infosessiya keçirib

25.06.2018 İqtisadiyyat
0 0
İyunun 25-də ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutu “Overseas Private Investment” (OPIC) korporasiyasının Beynəlxalq Layihələrin Maliyyələşdirilməsi Departamentinin direktoru Tara Bleykinin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Kommersant"a bildiriblər ki, infosessiya “OPIC”in Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına həsr olunub.

Tədbirdə potensial şirkətlər, investor və iş adamları, eləcə də startapçılar iştirak edib.

İnfosessiya zamanı korporasiyanın Azərbaycandakı layihələri maliyyələşdirmə mexanizmləri barədə ətraflı təqdimat olub və birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, yaradılan ekosistem, startapçılara və investorlara təqdim edilən imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin kommersiya üzrə məsul şəxsi Filip Qutrie təqdimatla çıxış edib.

Tara Bleykin Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına dair geniş təqdimat edib və birgə əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb.

  • Əvvəlki

    Yeni poçt markası dövriyyəyə buraxıldı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0