USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox məhsul ixrac edən şirkətlərin - REYTİNQİ

02.03.2021 İqtisadiyyat
0 0
Azərbaycanda qeyri-neft sektoru üzrə fəaliyyət göstərən əsas ixracatçı şirkətlərin reytinqi məlum olub.

"Kommersant.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, özəl şirkətlərin yanvar ayına aid siyahısinda ilk yerdə "MKT İstehsalat Kommersiya" MMC durur. Şirkət yanvarda 8,4 milyon dollar həcmində məhsul ixrac edib.

Reytinqdə ikinci olan "Almeyvə" MMC-nin ixrac həcmi isə 5,2 milyon dollar olub. "Baku Steel Company" MMC 3 milyon dollarlıq ixracı ilə siyahıda 3-cü yerdədir. Reytinqdə sonrakı yerləri müvafiq olaraq aşağıdakı şirkətlər tutub:

"Critical Fruit" MMC,
“Aqrovest” MMC,
"Sun Food" MMC,
"Land Lojistic" MMC,
"P-Aqro" MMC,
"Metal Trader LTD" MMC,
"Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, “Azəripək” MMC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC.

  • Əvvəlki

    Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0