USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil idxalı azalıb

16.03.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 100 mln 112,59 min ABŞ dolları dəyərində 9 437 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 110 ədəd və yaxud 18,27 % azdır.

Bu ilin ilk iki ayında sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 26 ədəd və yaxud 40,63 % azalaraq 38 ədəd (4 mln 210,41 min ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2 098 ədəd və yaxud 19,58 % azalaraq 8 619 ədəd (82 mln 536,05 min ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 042-si (2 mln 321,3 min ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 10-u (258,49 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 231 ədəd yaxud 18,15 % azalması, ikincinin isə 1 ədəd yaxud 11,11 % artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 24 ədəd və yaxud 3,24 % artaraq 765 ədəd (5 mln 723,62 min ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 10 ədəd və yaxud 40 % azalaraq 15 ədəd (656,25 min ABŞ dolları dəyərində) olub.

  • Əvvəlki

    Azərbaycanın idxal və ixrac məhsulları - SİYAHI

Digər xəbərlər