USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Atasığorta"nın mənfəəti bölüşdürüləcək

19.03.2021 İqtisadiyyat
0 0
Mayın 4-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Atasığorta"nın 2020-ci il üzrə Direktorlar Şurasının və İdarə Heyətinin hesabatlarının, eləcə də müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatlarının - mühasibat balansının, mənfəət-zərər hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

  • Əvvəlki

    Ərdoğan Bakıya gəlir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0