USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Çin arasında kəskin mənfi ticarət saldosu yaranıb - RƏSMİ

29.03.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi kəskin azalıb.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə istinadən xəbər verir ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 316,922 mln. ABŞ dolları həcmində olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Bu dövrdə ixracın həcmində isə artım baş verib. Belə ki, bu gəlirlər 113,128 mln. dollar olub ki, bu da illik müqayisədə 70,6% çoxdur.

İdxalda isə ötən dövrlə müqayisədə 22,4% və 203,794 mln. dollar azalma baş verib.

Bunun da nəticəsində, ilk iki ay ərzində analoji dövrlə müqayisədə 2,2 dəfə az, yəni 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb.