USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank"da yeni təyinatlar

29.03.2021 Bank
0 0
Azərbaycan banklarından biri “AFB Bank” ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.

Bu indiyə qədər Audit Komitəsinə (AK) rəhbərlik edən Amanova Şədiyyə Mail qızıdır. Bununla da İdarə Heyəti sədri (Orxan Xubanlı) ilə yanaşı, iki üzv olacaq.

Qeyd edək ki, “AFB Bank”ın İdarə Heyətinin sədr müavini olmuş İqbal Rüstəmov bir ay öncə “MilliÖn” ödəniş terminalının sahibi olan “Komtec” MMC-yə transfer olmuşdu.

Bundan sonra bankın Audit Komitəsinə isə Müşviq Şabiyev sədirlik edəcək. M.Şabiyev buna qədər AK-nin üzvü idi. //Banker.az