USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran bu məhsulların idxalına qadağa qoydu

26.06.2018 İqtisadiyyat
0 0
İran hökuməti 1339 adda məhsulun ölkəyə idxalını qadağan edib.

"Kommersant" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye və ticarət naziri Məhəmməd Şəriətmədari bildirib.

Onun sözlərinə görə, həmin məhsullar İranda istehsal olunduğundan onların xaricdən gətirilməsinə ehtiyac yoxdur. Digər tərəfdən, ABŞ İrana qarşı sanksiyalar tətbiq edib. Onların təsirini azaltmaq üçün bir sıra məhsulların ölkəyə idxalına qadağa qoyulub. Həmin məhsullar toxuculuq məhsulları, ayaqqabı, dəri məmulatları, mebel, tibbi preparat və avadanlıqlardır.

Xatırladaq ki, ötən gün İranın Kərəc, Məşhəd, Bəndər Abbas şəhərlərində və Keşm adasında milli valyutanın devalvasiyasına qarşı etiraz aksiyaları keçirilib. Aksiyaları kiçik ticarət obyektlərinin sahibləri təşkil ediblər. Sosial şəbəkələrdə etirazçıların həbsinin başlanması barədə məlumatlar yayılıb.

Tehran əyaləti valisinin müavini Əbdüləzim Rezai yerli televiziya ilə çıxışında ölkə paytaxtında keçirilən aksiyalarda xəsarət alanların olmadığını bildirib.

  • Əvvəlki

    Yunanıstanın reytinqi yüksəldi - daha da arta bilər

Digər xəbərlər

21.02.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Türkiyə lirəsi dəyər itirir
0 0
20.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
19.02.2024 İqtisadiyyat
Mikayıl Cabbarovdan yeni - TƏYİNAT
0 0
19.02.2024 İqtisadiyyat
Bələdiyyələrin gəlirləri açıqlandı
0 0