USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

I rübdə idxal və ixrac üzrə 69 icazə verilib - Energetika Nazirliyi

09.04.2021 İqtisadiyyat
0 0
2021-ci ilin I rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 69 icazə verilib.

Nazirlikdən verilən xəbərə görə, bunlardan 61-i ixrac nəzarətinə düşən malların idxalı, 7-i tranziti, 1-i isə ixracı ilə bağlı olub.

Hesabat dövründə 51 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir.

Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

  • Əvvəlki

    İqtisadiyyat naziri: "I rübdə sosial ödənişlər 107 milyon manat çox olub"

Digər xəbərlər