USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 13 sığorta şirkətinin öhdəlikləri artıb

12.04.2021 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar “Xalq Sığorta”, “Atasığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (73,5%), ən az azalma isə “Xalq Sığorta”da (14,1%) qeydə alınıb.

Qalan 13 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (3,1 dəfə), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta”da (0,2%) qeydə alınıb.

3 sığorta şirkətinin öhdəlikləri 50 milyon manatdan çoxdur

Azərbaycanda 3 sığorta şirkətinin öhdəlikləri 50 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə öhdəlikləri 50 milyon manatdan çox olub.

Bunlar “PAŞA Həyat Sığorta” (327 milyon 802 min manat), “PAŞA Sığorta” (146 milyon 903 min manat) və “Atəşgah Həyat Sığorta” (50 milyon 24 min manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 10-nun öhdəlikləri 11-36 milyon manat arasında, 6 şirkətin öhdəlikləri isə 8 milyon manatdan azdır. //Renkinq

  • Əvvəlki

    1,1 milyard manatı Azərbaycandan kim çıxarıb? - AÇIQLAMA

Digər xəbərlər