USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kişilərin yarısı pensiya almadan vəfat edir - RƏSMİ

14.04.2021 İqtisadiyyat
0 1
Açıqlanan sonuncu məlumata görə Azərbaycanda il ərzində 55 min 916 nəfər vəfat edib.

Açıqlanan rəsmi məlumatlara görə, vəfat edənlərin 29 min 926 nəfərini kişilər, 25 min 990 nəfərini isə qadınlar təşkil edib.

Vəfat edən kişilərin isə 49,8%-i və ya 14 min 905 nəfəri 65 yaşına çatmadan ölüblər.

Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycan kişilər 65 yaşından sonra penisyaya çıxırlar. //Yeniavaz.com