USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sahibkarların sığorta xidmətlərinə əlçatanlığı təmin olunacaq

15.04.2021 İqtisadiyyat
0 0
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) rəhbər heyəti arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, görüşdə iki qurum sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması yönündə mövcud vəziyyəti və real perspektivləri müzakirə edib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev həm Assosiasiya, həm də sığorta xidmətlərinin sahibkarlara aid hissəsi haqqında məlumat verib. O bildirib ki, sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin olunması, eyni zamanda sahibkarların sığorta ilə bağlı məlumatlığının artırılması ASA və yerli sığorta bazarı üçün başlıca prioritetdir.

Öz növbəsində, SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun fəaliyyəti haqqında danışaraq sığorta sisteminin biznes mühiti üçün ən uğurlu müdafiə mexanizmi olduğunu vurğulayıb. Fondun sədri sahibkarları daha çox maraqlandıran sığorta xidmətlərinə də toxunub. O bildirib ki, bu gün aqrar sahədə çalışan, ixrac əməliyyatları həyata keçirən sahibkarlar sərfəli sığorta məhsullarında maraqlıdırlar. Eyni zamanda sahibkarlar üçün biznes kreditlərinin sığortası da görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər görüşün sonunda sahibkarların sığorta xidmətlərinə əlçatanlığının stimullaşdırılması, onlar üçün yeni və daha münasib məhsulların müəyyən olunması və bu yöndə iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun hazırlanıb imzalanması istiqamətində razılıq əldə olunub.

  • Əvvəlki

    AMEA tender keçirdi, qalibi AMEA-da direktor müavini oldu - FOTOFAKT

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0