USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi - AÇIQLANDI

22.04.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 1 milyard 133,3 milyon manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 7,6% azdır.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən bildirir ki, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 011,7 mln. manatı (89,3%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.