USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağd dollar alışında ən aşağı göstəricisi qeydə alındı - NƏ BAŞ VERİR?

22.04.2021 İqtisadiyyat
0 0
2021-ci ilin martında nağd dollar alışında son 29 ayın ən aşağı göstəricisi qeydə alınıb.

"Kommersant.az" Sfera.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank bu barədə hesabat yayıb.

Martda nağd şəkildə 133,452 milyon dollar alışı həyata keçirilib. Bu, göstərici dollar alışında son aylarda qeydə alınan ən aşağı göstəricidir. Bundan daha az dollar alışı 2017-ci ilin iyununda qeydə alınmışdı. Həmin tarixdə ay ərzində nağd formada 94,48 milyon dollar alışı həyata keçirilmişdi.

Dollar alışında azalma 2021-ci ildə müşahidə edilən prosesdir. Yanvarda dollar alışı 325,4 milyon dollar olduqdan sonra fevral və martda azalma dinamikası göstərib. Alış həcmi fevralda 167,4 milyon dollara, martda 133,45 milyon dollara düşüb.

Bu il dollar alışı azaldığı kimi nağd şəkildə dollar satışı da artır. Dollar satışı yanvarda 67,73 milyon olduqdan sonra, fevralda 142,4 milyona yüksəlib, martda isə bir qədər azalaraq 120,58 milyon olub.

Məlumatlar göstərir ki, 2021-ci ildə dollara tələb zəifləyib. Bunun nəticəsində hətta Azərbaycan Dövlət Neft Fondu dollar satışına məhdudiyyət gətirib. Belə ki, birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən az vəsait büdcəyə köçürülüb. Proqnoza görə birinci rübdə büdcəyə 3,05 milyard manat köçürülməli idi. Milli valyutada bu qədər vəsaiti köçürmək üçün Neft Fondu 1,794 milyard dollar satmalı idi. Amma birinci rübdə proqnozdan 536,3 milyon manat və ya 315,47 milyon dollar az vəsait transfert edilib. Valyuta satışı ümumilikdə 1,48 milyard dollar təşkil edib.

Neft Fondunun az məbləğdə dollar satışını həyata keçirməsinə vergi gəlirlərinin artması da kömək edib. Amma dollara tələb zəifləməsəydi, dövlət büdcəsinin ehtiyacı olmadığı halda belə Neft Fondu daha çox valyuta satmalıydı.

  • Əvvəlki

    Son 10 ildə 1554 kənd və qəsəbə qazlaşdırılıb - “Azəriqaz”

Digər xəbərlər