USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kiçik və orta biznesə kreditlər verəcək fondlar yaradılır

27.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda kiçik və orta biznesin inkişafı fondları yaradılacaqdır.

"Kommersant" xəbər verir ki, bu , Prezident İlham Əliyevin imzaladığı "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında" Fərmandan məlum olur.

İqtisadiyyat Nazirliyi kiçik və orta biznesin inkişafı fondlarının nümunəvi əsasnamələrini üç ay müddətində təsdiq etməlidir.

Kiçik və orta biznesin inkişafı fondları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna aid olacaqdır.

İnkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır.

Ölkəmizdə kiçik və orta sahibkarlığa güzəştli kreditlər verərək stimullaşdırılsa da əksər banklar sahibkarlara uzunmüddətli kredit ayırmaqda maraqlı deyillər.

Fərmana əsasən KOB evləri də yaradılacaqdır. KOB evləri ölkənin iri rayon və şəhərlərində yaradılacaqdır. Bu evlərdə mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər - təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s. təklif ediləcəkdir. KOB evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət orqanları tərəfindən də xidmətlər göstəriləcəkdir.

Həmçinin elektron formada vahid platforma -"e-KOB evi" yaradılacaqdır.

  • Əvvəlki

    "General Electric" səhiyyə və neft sektorlarından çıxır

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0