USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq yük daşımalarda yerli şirkətlərin payı artırılmalıdır - Mikayıl Cabbarov

26.04.2021 İqtisadiyyat
0 0
“Yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşündə səsləndirib.

Mikayıl Cabbarov, infrastruktura böyük həcmdə dövlət investisiyasının yatırıldığını, nəqliyyat sektorunun təkmilləşdirilməsi məqsədilə görülən işlər nəticəsində logistika və tranzit imkanlarının genişləndiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.

Mikayıl Cabbarov, dövlət-özəl sektoru tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil vasitəsi ilə beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb.