USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il manatın dövretmə sürəti neçə faiz azalıb? - AMB

26.04.2021 İqtisadiyyat
0 0
Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib.

"Kommersant.az" Mərkəzi Bankının yaydığı hesabata əsasən məlumat verir ki, bu, martın 1-i ilə müqayisədə 0,11 bənd az, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən ilin aprelin 1-nə nisbətən isə 0,74 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

  • Əvvəlki

    Anar Hüseynov başqa vəzifəyə təyin olundu - KTN-də kadr dəyişikliyi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0