USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diqqət: Bu ərazilərdə qaz olmayacaq

29.04.2021 İqtisadiyyat
0 0
SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.

  • Əvvəlki

    Ödəmə mənbəyində vergi tutulma qaydası dəyişir - QANUN LAYİHƏSİ

Digər xəbərlər