USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ödəmə mənbəyində vergi tutulma qaydası dəyişir - QANUN LAYİHƏSİ

29.04.2021 İqtisadiyyat
1 1
Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.

Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.

  • Əvvəlki

    “Vergilər Məcəlləsi”nə və “İpoteka haqqında” qanuna dəyişiklik ediləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0