USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlon Mask bu həftə 20 milyard dollar itirdi

14.05.2021 İqtisadiyyat
0 0
“Tesla Motors” şirkətinin baş direktoru İlon Maskın sərvəti həftənin əvvəlindən 20 mlrd. ABŞ dollarından çox azalıb.

Bu barədə “Forbes” jurnalı yazır.

Məlumata görə, Maskın sərvəti bu həftə 20,5 mlrd. dollar azalaraq 145,5 mlrd. dollara enib. “Tesla”nın səhmləri həftənin əvvəlindən 15% azalıb. Bununla belə, “Tesla”nın rəhbəri “Forbes”un dünyanın ən zəngin insanları siyahısında hələ də üçüncü yerdədir.