USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta vasitəçiləri Mərkəzi Banka hesabat verəcək

21.05.2021 İqtisadiyyat
0 0
Sığorta vasitəçilərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabatlılığı müəyyənləşir.

"Kommersant.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.

Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.

Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.

Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul ediləcək. (Apa)

  • Əvvəlki

    Əlilliyə hansı hallarda imtina cavabı gəlir? - AÇIQLAMA

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0