USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" neftinin builki orta qiyməti üzrə proqnozu yüksəldi

09.06.2021 İqtisadiyyat
0 0
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) proqnozlarına görə, qlobal neft hasilatının artması dünyada neft ehtiyatlarının azalmasının qarşısını alaraq cari ilin ikinci yarısında daha balanslaşmış neft bazarına yol açacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə EIA-in aylıq hesabatına deyilir.

Qeyd olunur ki, may ayında "Brent" markalı neftin bir barelinin orta spot qiyməti 68 ABŞ dolları təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 4 dollar çoxdur. Önümüzdəki aylarda EIA qlobal neft hasilatının artan qlobal neft istehlakı səviyyəsinə uyğun artacağını gözləyir.

"Biz "Brent"in qiymətinin 2021-ci ilin III rübündə cari səviyyələrə yaxın qalaraq ortalama 68 dollar təşkil edəcəyini gözləyirik. Lakin 2022-ci ildə biz "OPEC+"ın hasilatının davamlı artması, ABŞ-ın şist nefti hasilatını sürətləndirməsi və digər ölkələrin hasilatı artırması yavaşlayan qlobal neft istehlakının artımını ötəcəyini və azalan neft qiymətlərinə yol açacağını gözləyirik. Bu faktorlara əsaslanaraq, biz "Brent"in 2022-ci ildə orta qiymətinin 60 dollar olacağını gözləyirik", - hesabatda deyilir.

EIA 2021-ci il üçün "Brent"in orta qiyməti üzrə proqnozunu 62,26 dollarda 65,19 dollaradək artırıb.

Qeyd edək ki, EIA-in mayda dərc olunmuş hesabatında "Brent" markalı neftin qiyməti üzrə proqnozunu kəskin artırmışdı. Belə ki, EIA-ın may hesabatında sözügedən neft markasının qiyməti 60,74 dollar (il ərzində qeydə alınan pik proqnoz həddi) səviyyəsində proqnozlaşdırılırdı, bu da yanvarda verilən proqnozla müqayisədə 13,66% və ya 7,3 dollar çoxdur. Cari ilin yanvar ayında isə bu göstərici 53,44 dolar (minimal proqnoz həddi) təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə "Brent" neftinin orta qiyməti 41,69 dollar təşkil edib.

Hazırda "Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 72 dollardan çox təşkil edir.

  • Əvvəlki

    Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0