USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şirkətlər Azərbaycandan FINDIQ alacaq

27.06.2018 İqtisadiyyat
0 0
İsveçrə şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək və yerli fındıq istehsalçıları ilə görüşəcəklər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Kommersant"a bildiriblər ki, İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib. Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin "GN-company", "Varistor" və "Delica" şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

İxrac missiyası bu gün İsveçrə şirkətləri ilə görüşlərini davam etdirəcək, aparıcı fındıq tədarükü və satışı müəssisələrində olacaq.

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Tramp Kanada mallarına 35% tarif elan edib
0 0
11.07.2025 İqtisadiyyat
Dəmir filizi qiymətləri artır
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
11.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0