USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daha çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

15.10.2021 İqtisadiyyat
0 0
2021-ci ilin sentyabr ayında əvvəlki aya nisbətən ən çox bahalaşmış və ucuzlaşmış məhsullar açıqlanıb.

“Kommersant.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunmuşdur.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir

  • Əvvəlki

    Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0