USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda sahibkarlara verilən kreditin məbləği - AÇIQLANIB

21.10.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 25 milyon 69 min 800 manat kredit verilib.

“Kommersant.az” xəbər verir ki,verilmiş kreditin 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 37 hüquqi və 1876 fiziki şəxs qeydiyyata alınıb.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

  • Əvvəlki

    Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0