USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirə rekord həddə UCUZLAŞDI

18.11.2021 İqtisadiyyat
0 0
Gün ərzində 10,50 səviyyəsinə kimi ucuzlaşan Dollar/TRY, TCMB-nin faiz siyasətini endirmə qərarı ilə 10,9754 səviyyəsini görərək rekord qırıb.

“Kommersant.az” xəbər verir ki, Türk lirəsi həftənin əvvəlindən bu yana dollar qarşısında dəyərini 8%-ə yaxın itirərək, dollar qarşısında ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə pul vahidi olub. Bu sıralamada Çili pesosu 3% ucuzlaşaraq ikinci yerdədir.

Türk lirəsi ilin əvvəlindən bu yana 30 %-dən çox dəyərini itirdiyi halda, dolların məzənnəsi 7,40-dan 10,86-ya yüksəlib. Dollar/TL mart ayında 6,89 ilə 2021-ci ildə ən aşağı səviyyəsini görüb.

Türkiyə Respublikası Mərkəzi Bankının Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayıb. TCMB gözləntilərə uyğun olaraq siyasət faizini 100 baza bəndi azaldıb 15 faizə endirdi. Açıqlamad Pul Siyasəti Komitəsinin dekabr ayında məhdud sahənin istifadəsini tamamlamağı nəzərdən keçirəcəyi bildirilib.

  • Əvvəlki

    Pensiya yaşı tamam olmadan təqaüdə çıxmaq imkanı reallaşa bilər

Digər xəbərlər