USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin də maaşı artırıldı

17.12.2021 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.

  • Əvvəlki

    Müəllimlərin də maaşı artdı

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0